Şuşa şəhərində 1883-cü ildə memar Kərbalayi Səfixan tərəfindən «Saatlı» məhəlləsində tikilmişdir. Tikildiyi məhəllənin adı ilə məşhurlaşan «Saatlı» məscidi öz хarici görünüşü ilə memarın əvvəlki binalarından tamamilə fərqlənir. Baş fasadın bağlı şəkildə həll olunması, əsas girişi qeyri simmetrik və qadınlar üçün girişin ayrıca götürülməsi, arxa fasadın pəncərəsizliyi və ümumi məscidin təkminarəli olması onu digər məscidlərdən fərqləndirən cəhətlərdir. Lakin bununla yanaşı «Saatlı» məscidinin bəzi konstruksiya elementləri əvvəlki məscidlərin memarlıq ənənələrini saхlamışdır. Bu hala əsasən məscidin interyerində rast gəlinir. Kvadrat şəkilli ibadət zalının mərkəzində qoyulmuş dörd ədəd səkkizbucaqlı daş sütun, ikinci mərtəbədə həmin zalın mehrabı ilə üzbəüz olan qadınlar üçün quraşdırılmış şüşəbənd balkon və s. elə bu qəbildəndir. Saatlı məscidinin minarə kürsülüyü ümumi binanın divar səviyyəsinə kimi yerli əhəng daşı ilə hörülmüş, daha sonra isə hörgü bişmiş kərpiclə əvəz olunmuşdur. Bu minarənin silindrik gövdəsi bir neçə relyefli keçid qurşağı ilə hissələrə ayrılır. Həmin hissələrarası məsafələr yuxarıda adları çəkilən məscid minarələrində işlədilmiş “paxlava” və s. həndəsi ornamentlərlə bəzədilmişdir. Yüngül konstruksiyaya malik olan məscidin çardağı bütünlüklə ağac materiallarından quraşdırılmışdır. Çardaq örtüyünün son ucluğunu isə aypara şəkilli fiqur bəzəyir. Həyət tərəfdən girişi olan bu minarə binanın arxa tərəfində ucaldılmışdır. Görünür ki, minarə məscidin binasındanm xeyli sonralar tikilmişdir. Məscidin baş fasadları boyunca qapı və pəncərələrinin hündürlüyü səviyyəsində inşa edilmiş yüngül relyefi üfüqi xətt və həmin xəttin üstündəki ümumi girişdə bir şaquli ox üzərində yerləşən pəncərələr xaricdən binanın ikimərtəbəli görünməsinə işarədir. Həmin pəncərələr arasındakı daş kitabə məscidin memarı Kərbəlayi Səfixan və onun tikilmə tarixi haqqında qiymətli mənbədir. Məscidin ibadət zalındakı günbəz öz hündürlüyü və forma baxımına görə yanlardakından fərqlənir. Memar onun daxili səthi boyunca relyefli xətlərlə qlobus üzərindəki dərəcə toruna bənzər bir mənzərə yaratmışdır. Həmin xətlərin yuxarıdan son kəsişdiyi nöqtələri ilə günbəzin mərkəzi nöqtəsi bir xətlə birləşdirilir. Beləliklə dərəcə toru üzərində yeni bir tor qurulur. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə ön cərgədə duran «Saatlı» məscidi Kərbəlayi Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Memarın bu bölgədə sonralar tikdiyi məscidlər minarəsiz olmuş və bəzilərinin yanında minarə çardağını хatırladan «Güldəstə»lər...
Read moreMayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi. Bildirildi ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib. Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb. Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri məscidin həyətində...
Read moreՍաաթլի մզկիթը կառուցել է 1883 թ.-ին։ Ճարտարապետը Քերբալայի Սեֆիխանն է, որը կառուցել է նաև Շուշիի Գյովհար Աղայի վերին և ներքին մզկիթները, Աղդամի և Ֆիզուլիի մզկիթները, ինչպես նաև Մզկիթներ Բարդայում (Ադրբեջան), Օդեսայում (Ուկրաինա) և Աշխաբադում (Թուրքմենստան)։ Այս մզկիթը ճարտարապետի վերջին կառույցներից է։ Կառուցված է երկու մինարեթով։ Ղարաբաղի ազատագրումից հետո Սաաթլի մզկիթը դեռևս կիսաքանդ վիճակում է։ Որպես ճարտարապետական արժեք պահպանվում է...
Read more