You can relax here, as already mentioned, in different ways, with different goals and at different prices. In view of the fact that the city is located not far from Baku, one can walk here one day, arriving in the morning and leaving in the evening. In fact, the costs are minimal, and the mass of emotions. Yes, and from the everyday daily fuss can be distracted by contemplating the local beauty. Last weekend, as usual, most of the people, of course, were in one of the most picturesque corners of the region, and the country as a whole - Pirkuli, located at an altitude of 1,400 meters above sea level. In the summer, Pirkuli is a favorite picnic spot. Here is the famous Pirkulinsky Reserve, known for its relict vegetation, hornbeam, oak, beech forests and groves, which are inhabited by various animals, the most unexpected of which is the striped hyena. True, to admit, how many times I have never been to Pirkuli, I have never met this beast. Maybe because the striped hyena is currently on the verge of...
Read moreAzərbaycan astronomiya elmi orta əsr Azərbaycan astronomu Nəsirəddin Tusi tərəfindən XIII əsrdə Cənubi Azərbaycanda yaradılmış məşhur Marağa Rəsədxanasının hesabına şöhrət tapmışdır. XX əsrdə milli astronomiya elminin inkişafında yeni əlamətdar bir mərhələ başlandı. 1927-ci ildən Azərbaycanda astronomya ekspedisiyları fəaliyyətə başladı. Bu ekspedisiyalar Şamaxı da daxil olmaqla Azərbaycanın bir sıra rayonlarını tədqiq etmiş, son nəticədə rəsədxananın tikilməsi üçün Pirqulu ərazisininə üstünlük verilməsini tövsiyyə etmişdir (iyun, 1953). Rəsədxananın yaradılması ilə əlaqədar layihələrin işlənməsi əvvəlcə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda Astrofizika bölməsi təşkilatçılığı ilə aparıldı (mart 1954). Sonra isə bu şöbə müstəqil astrofizika bölməsi kimi Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil edilmişdir (iyul, 1956). Nəhayət astrofizika bölməsi və onun Pirqulu dağı yaxınlığında astronomiya stansiyasının əsasında Astrofizika Rəsədxanasının təşkil olunmsı haqqında qərar verilmişdir(noyabr, 1959). Rəsədxananın tikintisi 1958-ci ilin sonunda başlamışdır. Hal-hazırda orada akademik Yusif Məmmədəliyevin adını daşıyan yaşayış qəsəbəsi, idarələr, məktəb, uşaq bağçası, qonaq evi, yeməkxana, poçt şöbəsi, poliklinika, qarajlar, lazımi texniki qurğular və s. vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 5 sentyabr 2008-ci il və 21 iyul 2009-cu il sərəncamları ilə Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra AMEA) Şamaxı Astrofizika Rəsədxanasının (bundan sonra ŞAR) həyatında yeni əlamətdar mərhələ başlandı. Nəticə etibarilə ŞAR-ın maddi-texniki bazasının möhkəmləndirilmiş, əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni binalar və qurğular işə salınmışdır.
Azərbaycan Prezidentinin qərarı ilə ŞAR-ın elektrik, qaz və su təchizatı üçün kompleks tədbirlərin həyata keçirilməsi "Azərenerji" ASC, "Azəriqaz" ASC-nə, telefonların quraşdırılması və sürətli internetlə təmin edilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə , ətraf mühitin qorunması isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Şamaxı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılmışdır. Yenidənqurma işlərinin tam başa çatandan sonra ŞAR regionda ən güclü və əhəmiyyətli rəsədxanalardan biri olacaq. ŞAR Nəsirəddin Tusinin adını daşıyır (sentyabr, 1981). ŞAR-ın rəsmi yaranma tarixi 13 yanvar 1960-ci ildir . Səmada Azərbaycanla bağlı 11 ad vardır və müvafiq obyektlərdən biri - kiçik planet ŞAR-ın adını daşıyır. 2002-ci ildə ŞAR-ın keçmiş Batabat Bölməsinin və Ağdərə Astronomiya Stansiyasının bazası əsasında Naxçıvan Muxtar Resbublikası ərazisində Azərbaycanın hündür yerlərindən birində yerləşən Batabat Astrofizika Rəsədxanası...
Read moreResedxana ön görünüş. “Şamaxı Astrofizika Rəsədxanasının çox böyük tarixi vardır. Dünya miqyasında, elm aləmində çox böyük nüfuzu vardır. Bu rəsədxananın yenidən qurulması və burada gözəl şəraitin yaradılması məni çox sevindirir. ...Əminəm ki, uzun illər, onilliklər bundan sonra da bu rəsədxana Azərbaycan xalqına, Azərbaycan elminə xidmət göstərəcəkdir”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 1960-cı ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Ancaq respublikamızda astrofizika sahəsində elmi tədqiqat işlərinin tarixi bir qədər əvvəlki illərə gedib çıxır. Hələ 1927-ci ildə Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün daimi fəaliyyət göstərən astronomik ekspedisiya yaradılıb. Ekspedisiya respublikanın Kəlbəcər, Laçın, Şamaxı, Xızı və digər bölgələrində rəsədxana yaradılması üçün əlverişli coğrafi yer seçməli idi. Aparılan tədqiqatlar nəticəsində Şamaxının Pirqulu ərazisi bu istiqamətdə elmi mərkəzin yaradılması üçün ən əlverişli yer müəyyən olunur və 1953-cü ildə burada müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsinə qərar verilir. Mərkəz AEA Fizika və Riyaziyyat İnstitutunun tərkibində Astrofizika şöbəsi (1954), sonradan AEA-nın Astrofizika Sektoru (1956) kimi fəaliyyət göstərir. 1953-59-cu illərdə astronomik müşahidələrlə yanaşı, gələcək rəsədxananın layihələşdirilməsi, astronomiya ixtisası üzrə kadrların hazırlanması, teleskop və avadanlıqla təchizatı, rəsədxananın strukturu və s. məsələlər üzərində ciddi iş aparılır. 1957-ci ildə Pirqulu Astronomiya Stansiyasında ilk teleskop qurulub (Xromosfer-Fotosfer Günəş teleskopu). 1959-cu ildə isə 200 mm-lik fotoelektrik teleskop istifadəyə verilməsi ilə ərazinin astroiqliminin öyrənilməsi məsələsi öz həllini tapıb. Mərkəz 1960-cı ildən isə müstəqil elmi-tədqiqat institutu kimi AEA-nın struktruna daxil edilir. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana Böyük Qafqaz dağının şimal-şərqində Cənubi Qafqazda Bakıdan 150 km. məsafədə yerləşir (Pirqulu dağının-şərq yamacında,...
Read more