Nizami parkı — Bakı şəhəri Xətai rayonunda yerləşən mədəniyyət və istirahət parkı.Bakı şəhərinin ən qədim parklarından biri. Nobel qardaşları tərəfindən XIX əsrin sonlarında Bakıətrafı qəsəbə olan Qara Şəhərin sərhəddində öz şirkətinin işçiləri üçün salınmış yaşayış kəndi Villa Petrolea ərazisində yerləşir. Parkın ümumi sahəsi 13,6 hektardır. Geniş ərazidə yerləşən sənaye landşaftında olan bu park Abşeronun bağ-park memarlığına müsbət təsir göstərmişdir. 1920-ci ildən sonra Villa Petroleanın keçmiş bağı Lunaçarskinin, sonralar Almaniyanın eyniadlı rus qəzetinin şərəfinə "Rote-Fan" adlandırılıb. 1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır. 1939-cu ildə "Bakinski raboçi" qəzeti yazırdı ki, parkın yenidən qurulmasına bu yay başlanılacaq. Beləliklə, Bakı Soveti Bağçılıq və Park İdarəsinin layihə bürosu "Rote-Fan" Mədəniyyət və İstirahət Parkının yenidən qurulması layihəsini hazırlamağa başladı. Layihənin müəllifləri memarlar — M.Koxman, V.İvanov, A.Alekseyev idi. Məlumat verildi ki, park genişlənir, ərazisi 6 hektar artacaq, subtropik və həmişəyaşıl ağacları bəzəyən xiyabanlar və cığırlar yenidən qurulacaq.
Rəqs meydançasının arxasında "sərbəst istirahət xiyabanı" üçün böyük bir sahə ayrılmışdı. Burada park-meşə ab-havasının yaradılması nəzərdə tutulmuşdu, ağaclar əkilmiş, qazonlar yaradılmışdır. Parkın hovuzunun mərkəzində fontan və səhnə ilə su ilə əhatə olunmuş yaşıl bir ada təşkil etmək planlaşdırılırdı. Parkın heykəllərlə bəzədilməsi də layihədə nəzətdə tutulurdu. Pavilyonlar və köşklər dəyişdirilirdi. Parkda idman stadionunun tikintisi də nəzərdə tutulmuşdu. Yenidənqurma işlərinin 1941-ci ildə başa çatdırılması planlaşdırılırdı.
Müasir dövr
1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır. Uzun illər parkda "Luna Park" adı ilə əyləncə mərkəzi fəaliyyət göstərib. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda yenidənqurma işlərinə başlanıb.
2021-ci ildə abadlıq işləri çərçivəsində parkın ərazisində yerləşən bir və ikimərtəbəli inzibati binalar əsaslı təmir və yenidən quruldu, süni göl yaradıldı. Yenidənqurma işləri çərçivəsində 1938-ci ildən mövcud olan amfiteatr və yay kinoteatrı bərpa edildi. Parkda iki fəvvarə kompleksləri və müasir işıqlandırma sistemi də qurulub. Burda istirahət köşkləri, müxtəlif ölçülü skamyalar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından köhnə üslubda qala divarı tikilib. Parkın ərazisində abadlıq işləri aparılmış, minlərlə ağac, kol, bəzək bitkiləri əkilib. Park hazırda 11,2 hektar...
Read moreGreat park locating between white city and "black" city of Baku! It has an artificial lake, a lot of trees, a museum, and lots of places for picnic with family / friends. Locates near to city centre, at 8 November Avenue, old Luna park area.
Good place for bike rider as well. I come to ride my bike here frequently. It is lovely, quiet and natural place.
It also hosts a Noble Brothers home musuem.
P.S. As a citizen and frequent visitor, I would suggest to have as much as more parks like...
Read moreNizami adına Mədəniyyət və İstirahət parkı Bakı şəhəri Xətai rayonunda yerləşən mədəniyyət və istirahət parkı. Bakı şəhərinin ən qədim parklarından biri. Nobel qardaşları tərəfindən XIX əsrin sonlarında Bakıətrafı qəsəbə olan Qara Şəhərin sərhəddində öz şirkətinin işçiləri üçün salınmış yaşayış kəndi Villa Petrolea ərazisində yerləşir. Parkın ümumi sahəsi 13,6 hektardır.Geniş ərazidə yerləşən sənaye landşaftında olan bu park Abşeronun bağ-park memarlığına müsbət təsir göstərmişdir. 1920-ci ildən sonra Villa Petroleanın keçmiş bağı Lunaçarskinin, sonralar Almaniyanın eyniadlı rus qəzetinin şərəfinə "Rote-Fan" adlandırılıb. 1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır Parkda uzun illər "Luna Park" adı ilə əyləncə mərkəzi fəaliyyət göstərib. Bu səbəbdən ərazi qeyri-rəsmi "Luna Park" adlanırdı. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda yenidənqurma işləri aparılıb. Parkın ərazisində yerləşən bir və ikimərtəbəli inzibati binalar əsaslı təmir və yenidən qurulub, süni göl yaradılıb. 1938-ci ildən mövcud olan amfiteatr və yay kinoteatrı bərpa edildi. Parkda iki fəvvarə kompleksləri və müasir işıqlandırma sistemi də qurulub. Parkın ərazisində abadlıq işləri aparılmış, minlərlə ağac, kol, bəzək bitkiləri əkilib. Park hazırda 11,2 hektar...
Read more