Uzeyir Hajibeyov House
Uzeyir Hajibeyov House things to do, attractions, restaurants, events info and trip planning
Plan your stay
Posts
Dahi Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, II dərəcəli iki "Stalin" mükafatı laureatı, "Lenin" ordeni kavaleri, Azərbaycan SSR Konservatoriyasının rektoru, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri, SSR Ali Sovetinin deputatı, Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifi Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olmuşdur. Əslən Şuşa qəzasından olan bu görkəmli şəxsiyyət Azərbaycan müasir peşəkar musiqi sənətinin banisidir. Üzeyir Hacıbəyov bütöv İslam dünyasında ilk operanın müəllifidir. O, öz yaradıcılığında Qərb və Şərq musiqi üslublarını birləşdirmişdir. Bəstəkar, Azərbaycan xalq musiqisinin elementlərini klassik Avropa ənənələrinə uyğunlaşdırmışdır. Üzeyir Hacıbəyov Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi olmuşdur. Səid Rüstəmov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə Axundova və b. maestronun tələbələrindən idilər. Üzeyir Hacıbəyovun ev muzeyi 1975-ci il, noyabrın 20-də Ümummilli lider Heydər Əliyevin göstərişi ilə açılmışdır. Muzeydə dahi bəstəkarın əsərləri, şəxsi əşyaları, himnimizi ifa etdiyi pianosu və başqa eksponatlarla tanış olmaq mümkündür. Burada diqqəti çəkən xüsusi bir nüans da var. Bəstəkarın evindəki saatı onun vəfat etdiyi gecədəki həmin o zamanı göstərir. Bu sanki burada zamanın da onunla birgə dayandığını ifadə edir. Mən muzeyin əməkdaşı, öz savadı, biliyi ilə məni özünə valeh edən Gülarə xanıma xüsusi təşəkkürümü bildirmək istəyirəm. Yorulmadan, səbrlə, dəyərli məlumatları bölüşdüyünə görə ona minnətdaram. Onunla söhbət zamanı sanki o dövrlərə səyahət edir, Üzeyir Hacıbəyovla birgə bu divarların arasında addımlayır, pianodakı ifalarını bu dəfə ruhunuzla dinləyirsiniz. Əgər Azərbaycan musiqi sənəti və mədəniyyəti ilə tanış olmaq istəyirsinizsə, o zaman baş çəkəcəyiniz ilk məkan məhz Üzeyir Hacıbəyovun Ev Muzeyi olmalıdır.
Teymur AleskerovTeymur Aleskerov
10
Bu gün (14.08.24) Üzeyir Hacıbəylinin ev-muzeyinin ikinci dəfə qonağı oldum. Bu ev muzeyini çox bəyənirəm, hər kəsə getməyi tövsiyə edirəm. Tələbə olanlar tələbə biletiylə yaxınlaşsınlar, bilet 1₼ təşkil edəcək.
Hüseyn İlqaroğluHüseyn İlqaroğlu
00
İşçilerin yorğun olduğunu nezere almasaq 4 ulduz vermek olar.
Ruhanna SultanRuhanna Sultan
00
Nearby Attractions Of Uzeyir Hajibeyov House
Mövenpick Hotel Winter Park Baku
Baku Heritage Tours
Courtyard Baku
Passage Boutique Hotel
Füzuli Park
Təzəpir məscidi
Mercure Baku City Hotel
Zabitlər parkı
Fountains Square
Midtown Hotel Baku

Mövenpick Hotel Winter Park Baku
4.4
(969)Click for details

Baku Heritage Tours
4.9
(702)Click for details

Courtyard Baku
4.4
(500)Click for details

Passage Boutique Hotel
4.1
(471)Click for details
Nearby Restaurants Of Uzeyir Hajibeyov House
Shirvanshah Museum Restaurant
Fisincan Cafe & Restaurant
Central Baku
Flavors Fusion Cuisine Indian Restaurant
Passage 145
Desidine restaurant
Borani Restaurant (Fəvvarələr meydanı)
McDonald's Fountains Square
Abu Ali Restoran
Cafe City Fountain

Shirvanshah Museum Restaurant
4.3
(1.3K)$$$
Click for details

Fisincan Cafe & Restaurant
4.6
(789)$$
Click for details

Central Baku
4.2
(658)$$
Click for details

Flavors Fusion Cuisine Indian Restaurant
4.6
(446)Click for details
Basic Info
Address
67/69 Shamil Azizbeyov, Baku 1009, Azerbaijan
Map
Phone
+994 12 595 25 58
Call
Website
az.m.wikipedia.org
Visit
Reviews
Overview
4.4
(41 reviews)
Ratings & Description
Description
Uzeyir Hajibeyov's House Museum is the house in which the famous Azerbaijani composer Uzeyir Hajibeyov lived, located on Shamil Azizbekov Street near the Nizami metro station. The museum was created to perpetuate and propagate the life and work of composer Uzeyir Hajibeyov.
attractions: Mövenpick Hotel Winter Park Baku, Baku Heritage Tours, Courtyard Baku, Passage Boutique Hotel, Füzuli Park, Təzəpir məscidi, Mercure Baku City Hotel, Zabitlər parkı, Fountains Square, Midtown Hotel Baku, restaurants: Shirvanshah Museum Restaurant, Fisincan Cafe & Restaurant, Central Baku, Flavors Fusion Cuisine Indian Restaurant, Passage 145, Desidine restaurant, Borani Restaurant (Fəvvarələr meydanı), McDonald's Fountains Square, Abu Ali Restoran, Cafe City Fountain
