Mərkəzi Park — Azərbaycanın paytaxtı Bakı şəhərində park. Köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən bu parkın birinci hissəsinin açılışı 22 may 2019-cu il tarixində gerçəkləşmişdir. Park Avstriya memarı Yans Hoffman tərəfindən layihələndirilmişdir. Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ildən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi ilə əlaqədar Sovetski məhəlləsində yaşayan əhalinin köçürülməsinə və köhnə evlərin sökülməsinə başlanılmışdı. Həmin il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, "Sovetski" məhəlləsində söküləcək evlərin Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzə Ağa Əliyev (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşdiyi və sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcəyi, evlərin ərazidə salınacaq parka görə söküləcəyi açıqlanmışdır. Bəyanata görə, çəkiləcək yeni yollar Qış Bulvarının davamı olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrostansiyasının yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi boşalmış ərazilərdə salınacaq.
Bakının "Sovetski" məhəlləsində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülmüşdür. Həmin layihələrdən ən əsası "Sovetski"nin yerində salınan böyük parklardan biridir.
Parkın birinci hissəsi 22 may 2019-cu il tarixində ictimaiyyətin istifadəsinə verilmişdir. Parkın birinci hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarətdir. Bu keçidlər əsasən avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzə Ağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa edilmişdir.[4] Ümumilikdə, park 20 hektar əraziyə malikdir ki, bunun 14 hektarında yaşıllıq salınmışdır. Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var.
Parkın ərazisində ümumilikdə 9 fəvvarə var. İstirahət parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları quraşdırılmışdır. Burada 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıq gül və kol bitkiləri əkilmişdir. Parkda yaşıllıqları suvarmaq üçün 6.5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilmişdir. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xəttlər də çəkilmişdir.
Parkın ərazisində Mirzə Ağa Əliyev küçəsi və Təzəpir məscidi arasında 347 yerlik yeraltı avtomobil dayanacağı tikilmişdir. Dayanacaq təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları ilə təchiz edilmişdir.
Gələcəkdə Mərkəzi Parkın ərazisində 2 kafe də fəaliyyət göstərəcək. Əlavə olaraq, Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş...
Read moreI spent five nights at 10th floor room 1001. The city view was amazing. The hotel is centrally located, just a 10 mins walk to Fuzuli statue and the national theatre and a 5 mins walk to Haydar Aliyev concert house. There are teo supermarkets near the hotel. The room was clean and spacious, it had a kettle and complimentary bottle of water everyday. Breakfast was great and diverse. I had an omelette every morning and the coffee was good. I particularly thank Mr Yuri for his kind help during my breakfasts. He is such a considerate and lovely person. He speaks many languages including fluent English. I strongly recommend this hotel. The only two minor things are: the shower can be renovated as water does not go out easily and the hair dryer can be replaced with a better one that can work for...
Read moreThe largest and most beautiful public park in Baku. It is recently opened in May 2019 by the president himself, Elham Alieyev. The park is located upward from Winter park and is connected to it. It has children sport arena for football and basketball as well as gym equipments for people 13 years old and above. At the highest point there is a nice cafe and public restrooms at nominal fee (20 qapi) and is one of the cleanest in Baku. You can easily spend hours here without feeling board as you watch the cars and people moving underneath the bridges in this park. One of my favorite spots in Baku and I highly...
Read more