Böyuk Azərbaycan klassiki Abdulla Şaiqin Mənzil Muzeyinin binası 1905-ci ildə inşa olunub. 1916-cı ildə A.Şaiq anası və qardaşı ilə bərabər bu mənzilə köçərək ailə qurub və 1957-ci ilin dekabrına kimi burada yaşayıb. Hal-hazırda A.Şaiqin Mənzil Muzeyi ədibin adını daşıyan A.Şaiq küçəsi 21 saylı ünvanda yerləşir. Bu küçə əvvəllər Yuxarı Dağlıq küçəsi adlanırdı 1981-ci ildə A.Şaiqin 100 illiyi ilə əlaqədar küçəyə ədibin adı verilib. Hal-hazırda muzey fond və ekspozisiya şöbələrindən ibarətdir. Ekspozisiya 4 otaqdan ibarətdir. I otaq A.Şaiqin dünya şöhrətinə həsr olunub. II otaqda A.Şaiqin şəxsi həyatı, nəsil şəcərəsi, valideynləri, ailəsi və s. haqqında materiallar yerləşdirilib. III otaq şairin pedaqoji və dramaturji fəaliyyətindən bəhs edir. IV otaqda isə ədibin ictimai-siyasi fəaliyyəti haqqında məlumatlar, şəxsi əşyaları, kitabxanası, yazı masası və A.Şaiqin oğlu K.Talıbzadənin guşəsi öz əksini tapıb. Muzeyin fondunda 8000-ə qədər eksponat qorunub saxlanılır. Bura A.Şaiq və onun ailəsinə məxsus xatirə əşyaları, kitablar, orijinal fotolar, əlyazmalar və sənədlər, teatrla bağlı materiallar, incəsənət...
Read moreƏsl adı Abdulla Axund Mustafa oğlu Talıbzadə olan, lakin Abdulla Şaiq kimi tanıdığımız şair, yazıçı, publisist, dramaturq 24 fevral 1881-ci ildə Tiflisdə anadan olmuşdur. O, həmçinin pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan yazıçılar birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri və Azərbaycan SSR əməkdar incəsənət xadimi olmuşdur. Hazırda Abdulla Şaiqin 1916-1959-cu illərdə yaşadığı evi muzey kimi fəaliyyət göstərir. Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə şairin həyat və fəaliyyətini əkd etdirən kompleksdən ibarətdir. Ev muzeyi kiçik olmasına baxmayaraq, insanın ürəyini açan müsbət enerji ilə doludur. Muzeyin əməkdaşı Arzu xanıma da öz minnətdarlığımı bildirməyi...
Read moreДом-музей, в котором жил Абдулла Шаиг. На доме есть Мемориальная доска, на которой указана дата, когда он проживал здесь. Азербайджанский поэт, прозаик, драматург, переводчик и педагог. В раннем периоде своего творчества Абдулла Шаиг создавал рассказы и стихи правдиво отражающие жизнь рабочих и крестьян. Шаиг известен и как первый детский писатель в Азербайджане. Печататься он начал с 1906 года. В это время им были написаны пьесы, рассказы,...
Read more