Nəriman Nərimanovun 1913–1918-ci illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə açılmış muzey. 1977-ci il noyabrın 6-da keçmiş Nikolayevski küç. 17-də (indi İstiqlaliyyət küç.55) yerləşən binanın 2-ci mərtəbəsində açılmışdır.
Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Ekspozisiyanın 1-ci otağı N. Nərimanovun uşaqlıq və gənclik illərinə dair sənəd və materialları əks etdirir. Ekspozisiyanın 2-ci otağı N. Nərimanovun ictimai-siyasi fəaliyyətinin XX əsrin ilk onilliklərini əhatə edən sənəd və materiallarını əks etdirir. 3-cü otağın ekspozisiyasında N. Nərimanovun xatirə əşyaları, mebel, çilçıraq, oğlu Nəcəfə yazdığı yarımçıq məktubu, N. Nərimanovun və oğlunun ölümü ilə bağlı sənəd və materiallar, habelə N. Nərimanovun adının əbədiləşdirilməsindən bəhs edən sənədlər nümayiş etdirilir. Muzeyin 4-cü otağı tibbi kabinetdir.
Muzeyin fondunda beş mindən artıq müxtəlif eksponatlar, sənəd və materialların əsli, xatirələr, Nərimanovun ailəsinin genealogiyası və digər əşyalar...
Read moreОчень рад, что в нашей стране ценится вклад Нариманова в Азербайджан, несмотря на его политические взгляды и ушедшую советскую эпоху. Экскурсовод очень увлекательно обо всём рассказала, с удовольствием готова была ответить на все наши вопросы и предложила записать заметку в журнале, в отличие от некоторых платных музеев, где ничего не объясняют, не рассказывают и...
Read moreAzərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü və Azərbaycan SSR Nazirlər Sovetinin 13.VIII.1977-ci il tarixli 286 nömrəli qətnaməsi əsasında Nəriman Nərimanovun xatirə muzeyinin yaradılması qərara alınmışdır. 6 noyabr 1977-ci ildə isə Heydər Əliyevin iştirakı ilə xatirə muzeyinin...
Read more