Bakının mərkəzində daha bir böyük və səliqəli park yerləşir. Paytaxt sakinləri və qonaqlarının vaxtlarını keçirdiyi bu yer “Sahil parkı” adlanır. Sovet dövründə salınan bu park əvvəllər “26 Bakı komissarı meydanı” kimi tanınırdı. Bu gün burada, düz parkın ortasında, böyük və çox gözəl, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Fəvvarə suyunun şırıltısı il boyu çoxillik ağacların kölgəsində istirahət edən adamların ruhunu oxşayır. Bu ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.
Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu park tarixi tikililərlə əhatə olunub.
Parkın perimetri boyunca Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin adları ilə bağlı binalar yerləşir. Məsələn, buradakı evlərin birində 1937-ci ildən 1967-ci ilə qədər Azərbaycanın böyük opera müğənnisi, SSRİ Xalq Artisti, Azərbaycan vokal musiqisinin əsasını qoyanlardan biri olmuş Bülbül yaşayıb.
Azərbaycan Rəssamlar İttifaqı da bu binada yerləşir. Bülbül prospekti ilə Xaqani küçəsinin kəsişdiyi yerdə. 1932-ci ildə yaradılmış Rəssamlar İttifaqı Azərbaycan rəssamlıq məktəbinin nümayəndələri olan çoxsaylı görkəmli heykəltəraş və rəngkarları birləşdirir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası zəngin kitab kolleksiyalarından birinə malikdir. Milli mədəniyyət xəzinəsi olan bu kitabxana da böyük tarixi maraq doğurur. Kitabxananın binası 1949-cu ildə görkəmli Azərbaycan memarı, akademik Mikayıl Hüseynov tərəfindən layihələndirilib, bina 1960-cı ildə tikilib. Binanın fasadının yuxarı hissəsində yerləşən tağlarda Azərbaycanın və dünyanın görkəmli mədəniyyət, incəsənət və elm xadimləri Nizami Gəncəvi, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Aleksandr Puşkin, Dmitri Mendeleyev, Şota Rustaveli və başqalarının heykəllərini...
Read moreSahil Baghı in Baku is a picturesque waterfront park offering a serene escape from the city's hustle and bustle. With its lush greenery, scenic views of the Caspian Sea, and vibrant atmosphere, it's a favorite spot for locals and tourists alike. Whether you're taking a leisurely stroll along the promenade, enjoying a picnic with family and friends, or simply admiring the sunset over the sea, Sahil Baghı provides a tranquil oasis in the heart of Baku. With its well-maintained pathways, playgrounds, and recreational facilities, it's the perfect place to unwind and recharge amid...
Read moreA beautiful park that truly shines in autumn! The vibrant fall foliage creates a stunning backdrop for leisurely walks. The park is well-maintained, with plenty of benches and green spaces to relax and enjoy nature. It's a great spot for families, couples, or anyone looking to escape the hustle and bustle of the city. The atmosphere is peaceful, making it an ideal place for reflection or a casual stroll. Whether you're visiting for a quick break or a longer stay, Cümhuriyyət Bağı is a must-see, especially during the autumn months when the scenery is simply...
Read more